Kəpəz rayonunda oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 4-də rayon ərazisindəki evdən 3820 manat oğurlayan Samux rayon sakinləri F.Məmmədov və N.Daşdəmirov saxlanılıblar.

Bundan başqa, həmin polis idarəsinin əməkdaşları tərəfindən rayon ərazisində “VAZ-2107” markalı avtomobildən 1300 manat, maqnitofon və bank kartı oğurlayan
Gəncə şəhər sakini M.Sultanov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *