Binəqədi polisi avtomobil qaçıran yeniyetməni saxlayıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Xəlilov, oktyabrın 25-nə keçən gecə Q.Qarayev küçəsindən “Mitsubishi” markalı avtomobilinin qaçırılmasını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran Xırdalan şəhər sakini olan yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *