Bakıda azyaşlını maşın vurub

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yasamal rayon ərazisində qeydə alınıb. Şeyla Süleymanova idarə etdiyi “MAZDA” markalı avtomobillə hərəkətdə olarkən rayonun Qızıl Şərq küçəsində azyaşlı Raul Səfərovu vurub. Azyaşlı yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *