Salyanda yolu keçən qadını maşın vuraraq öldürüb

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini Babayeva Həqiqət Şahbaz qızını yolu keçərkən Salyan-Şirvan marşrutu üzrə işləyən mikroavtobus vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *