Göygöldə “Niva” aşdı: bacı öldü, qardaşı ağır yaralandı

Göygöl rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, sürücü idarə etdiyi “Niva” markalı avtomobili aşırması nəticəsində maşında olan 1996-cı il təvəllüdlü Qocayeva Gülnur Fazil qizi həlak olub.

Onun qardaşı, 1992-ci il təvəllüdlü Qocayev Elnur Fazil oğlu və daha bir nəfər ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb.

Faktla bağlı araşdıma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *