Göyçayda minik və yük avtomobilləri toqquşub.

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay-Bərgüşad yolunun 1-ci kilometrliyində qeydə alınıb. “QAZel” və “VAZ 21015” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *