Bakıda avtomobil 51 yaşlı qadını vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Mirzəyeva Gülyaz Şakir qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanaq sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *