Sumqayıtda kəskin qoxunun yayıldığı ərazidə araşdırma aparılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodu ətrafında havada qeydə alınan kəskin iy-qoxu ilə bağlı daxil olan məlumat əsasında hadisə yerinə gediblər. Hazırda kəskin iy-qoxunun yayıldığı ərazidə və ətrafda monitorinq və araşdırmalar aparılır, atmosfer havasından nümunələr götürülür.

Median.Az-ın Azvision.az-a istinadən məlumatına görə, nazirliyin Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov bildirib ki, aparılan araşdırmalar və götürülən nümunələr əsasında ətrafa yayılan iy-qoxunun mənşəyi, ətraf mühitə təsirləri barədə rəy veriləcək.

Hazırda araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *