Goranboyda 54 yaşlı kişi bıçaqlanıb

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü kənd sakini Əliyev Arzu Mikayıl oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub. Vəziyyətin kafi olduğu bildirilir. Hadisənin hələlik kim tərəfindən törədildiyi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində əməliyyat axtarışlarına başlanılıb. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *