Gəncə sakini atasını qətlə yetirib

Median.Az xəbər verir ki, noyabrın 15-də Gəncə şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Y.Dadaşov evində münaqişə zəminində atası Mübarizə bıçaqla çoxsaylı zərbələr vurub.

Zərərçəkmiş xəstəxanada vəfat edib.

Polis və prokurorluq əməkdaşlarının təxirəsalınmaz istintaq-əməliyyat tədbiri nəticəsində Y.Dadaşov saxlanılıb, onun cinayəti sərxoş halda törətməsi məlum olub.

Gəncə şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *