Lökbatanda “VAZ-2107” qaçıran şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsinə müraciət edən Lökbatan qəsəbə sakini A.Zülfüqarov, noyabrın 17-i saat 22 radələrində qəsəbə ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirib.

10-cu polis bölməsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçıran E.Novruzzadə avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *