Ağdamda avtomobil aşıb, 2 nəfər xəsarət alıb

Ağdam rayonunda yol qəzası baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, “VAZ-2107” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər Səbinə Abdullazadə və Aygün Sadıqova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *