Sabirabadda avtomobil 80 yaşlı kişini vuraraq ona xəsarət yetirib

Sabirabadda 80 yaşlı kişini avtomobil vurub.

Median.Az-ın APA-ya istinadən məlmatına görə, hadisə axşam saatlarında Sabirabad şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1939-cu il təvəllüdlü Xudiyev Əli Feyruz oğlunu vurub. Piyada ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *