Azərbaycanda ailə faciəsi: baba nəvəsini maşınla vurub öldürdü

Masallı rayonunda bədbəxt hadisə baş verib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Noyabrın 24-də kənd sakini, 1963-cü il təvəllüdlü Mirkərim Əmənov həyətində özünə məxsus olan “Mercedes” markalı maşını arxa istiqamətə hərəkət etdirən zaman nəvəsi, 2015-ci il təvəllüdlü Murad Əmənovu ehtiyatsızlıqdan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *