Nərimanov polisi narkotik satan şəxsi saxlayıb

Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən A. Babayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qramdan artıq metamfetamin, yaşadığı evdən əlavə olaraq 69 qrama yaxın heroin və 38 qramdan artıq metamfetamin aşkar edilib.

Nərimanov RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *