Salyanda təcili yardım maşını qəzaya uğradı

Dünən axşam saatlarında Salyan şəhərində təcili yardım maşını qəzaya uğrayıb.

Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, “BMW” markalı minik maşını Ələt-Astara yolundan stansiyasına qayıdan “UAZ” markalı təcili yardım maşınına çırpılıb.

Hadisə nəticəsində təcili yardım maşınında olan tibb bacısı – 53 yaşlı Kifayət Feyzi qızı Həsənova xəsarət alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıb.

Faktla bağlı aradırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *