Tovuzda sərxoş vəziyyətdə hayava atəş açan rayon sakini tutuldu

Tovuz sakinindən odlu silah götürülüb.

Median.Az ölkə.az-a istinadən xəbər verir ki, noyabrın 25-də saat 1 radələrində Tovuz rayonunun Bayramlı kəndi ərazisində kənd sakini Ə.Alıyevin ailə-məişət münaqişəsi zəminində tüfəngdən havaya 1 dəfə atəş açması barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Alıyev saxlanılıb, onun orta dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *