Yasamalda ofis və mağazadan oğurluq edən yeniyetmə tutulub

Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də rayon ərazisindəki mağazadan oğurluğa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş yeniyetmə saxlanılıb.

Araşdırma zamanı, onun bir ofisdən 2 ədəd kompyuter və avtomobil açarları, bir mağazadan 330 manat və tütün məmulatları oğurlaması məlum olub.

Yasamal RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.