Sumqayıtda cibgirlik edən şəhər sakini tutulub

Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da M.Əmirovun, içərisində 200 manat, 20 dollar və 2 ədəd mobil telefon olan pulqabısını oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əzizov saxlanılıb.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *