Yasamalda köşkdən və oyun zalından oğurluq edən şəxs tutulub

Median.Az xəbər verir ki, Yasamal RPİ 27-ci polis bölməsi və 29-cu polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki köşkdən 700 manat pul və tütün məmulatı oğurlayan Bakı şəhər sakini H.Əliyev saxlanılıb.

Araşdırma zamanı, onun oyun zalından 9 ədəd oyun aparatı oğurlaması məlum olub.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *