İmişlidə avtomobil ağaca çırpıldı, sürücü öldü

İmişlidə avtomobilin ağaca çırpılması nəticəsində sürücü həyatını itirib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şahverdili kəndində baş verib. Rayonun Vəsala kənd sakini, 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlu idarə etdiyi “Renaut” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın ağaca çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *