Bakıda 32 yaşlı kişi narkotikdən zəhərlənərək öldü

Bakıda ölüm hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-ci il təvəllüdlü Cəbrayılov Mehman Teyyub oğlu yaşadığı evdə ölü tapılıb.

Meyitin ilkin müayinəsi zamanı M. Cəbrayılovun narkotikdən zəhərləndiyi məlum olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *