Azərbaycanda üç uşaq anası yoxa çıxdı – FOTO

Bərdə rayonunda 26 yaşlı qadın itkin düşüb.

Hadisə sentyabrın 26-da qeydə alınıb.

1993-cü il təvəllüdlü Xalidə Məmmədova rayonun İmamqulubəyli kəndində yaşadığı evdən 10 aylıq körpəsi ilə çıxıb və geri qayıtmayıb. Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Qeyd edək ki, X.Məmmədova üç uşaq anasıdır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *