Milli Məclisin deputatı əməliyyat olundu

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Report xəbər verir ki, o, yerləşdirildiyi özəl klinikada əməliyyata götürülüb.

Əməliyyat zamanı deputatın böyrəklərindən daş çıxarılıb.

“Hazırda onun səhhəti yaxşıdır, yavaş-yavaş düzəlir. Ciddi problem yoxdur. Əməliyyat uğurlu keçdi”, – klinikadan bildirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *