Bakıda 24 yaşlı gənc bıçaqlandı

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Median.Az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Vəliyev Kənan Bəhruz oğlu tanımadığı şəxslə mübahisə edib.

Nəticədə o, bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.//oxu.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *