Bakıda naməlum şəxslər küçədə 24 yaşlı şəxsi döyüb qarət etdilər

Bakıda naməlum şəxslər küçədə vətəndaşa hücum ediblər.

Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti 82 saylı ünvanın qarşısında baş verib.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Niftullayev Elnur Aydın oğlu səhər saat 06 radələrində həmin ərazidə olarkən 4 nəfər naməlum şəxs ona hücum edib. Həmin şəxslər E.Niftullayevi döyərək cibindən 100 manatını götürüb hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *