“Wikipedia” “Evdə tək 2”nin səhifəsini blokladı: “Tramp impiçmentə cəlb olunan ilk aktyor oldu”

“Wikipedia” ABŞ Prezidenti Donald Trampın da kiçik bir rol oynadığı “Evdə tək 2: Nyu-York sərgüzəştləri” filmi haqqında səhifənin redaktəsini bloklayıb.

Mediaite.com xəbər verir ki, buna səbəb istifadəçilərdən birinin səhifəyə Trampın impiçmenti ilə bağlı informasiya əlavə etməsi olub.

“2019-cu ilin 18 dekabrında Donald Tramp “Evdə tək 2”nin ABŞ Nümayəndələr Palatası tərəfindən impiçmentə cəlb olunan ilk aktyoru oldu”, – naməlum istifadəçi yazıb.

Sözügedən qeydin əlavə edilməsindən sonra “Wikipedia” administrasiyası səhifənin sərbəst redaktə imkanlarını bloklayıb.

Xatırladaq ki, Tramp çəkilişləri sahib olduğu “Plaza” hotelində aparılan filmdə 30 saniyəlik rol ifa edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *