Bakıda 51 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Məmmədov Emil Məmməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boynunun sol tərəfinin kəsilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *