Qobustanda iki nəfər dəm qazından zəhərlənib

Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Qobustan şəhər sakini, 1975-ci il təvəllüdlü Musayeva Pərvanə Arif qızı və Ərəbqədim kənd sakini, 1999-cu il təvəllüdlü Ayşən Əliyeva yaşadığı evdə dəm qazından zəhərlənib.

Hər iki şəxs təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *