Oğuzda velosipedçini avtomobil vurub

Oğuz rayonunda velosipedçini avtomobil vurub.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Padar kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini Əmrah Vüqar oğlu Yusifovu velosipedlə hərəkətdə olarkən Azad Əli oğlu Tahirov idarə etdiyi “Niva” markalı avtomobillə vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *