69 yaşlı qadın Baku Medical Plazada öldü

Bakıda qadın klinikada dünyasını dəyişib.

Median.Az Trend-ə istinadən xəbər verir ki. hadisə paytaxtın Xətai rayonu ərazisindəki “Baku Medical Plaza”da baş verib.

1950-ci il təvəllüdlü Zeynalova Sevil Səfər qızı ağciyər xəstəliyinin kəskinləşməsi ilə dekabrın 13-də “Baku Medical Plaza”ya yerləşdirilib və müalicəyə başlayıb.

Dekabrın 23-də qadın klinikada dünyasını dəyişib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *