Vilayət Eyvazov Ramil Usubovun oğluna yüksək vəzifə verdi

Daxili İşlər Nazirliyində yeni təyinat olub.

Median.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə görə, sabiq daxili işlər naziri Ramil Usubovun kiçik oğlu, polkovnik Raul Usubov Qaradağ rayon Polis İdarəsinin Mühafizə İdarəsinə rəis təyin edilib.

Məlumatı DİN-dən oxu.az-a təsdiq ediblər.

Qeyd edək ki, Raul Usubov indiyə qədər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *