Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu müddəti uzadıldı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb.

Bunu oxu.az-a Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.

B.Hacızadə bildirib ki, qeyd olunan proqram çərçivəsində 2020-ci yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün elan edilmiş sənəd qəbulunun müddəti 2020-ci il yanvarın 25-dək uzadılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *