Bakıda orta yaşlı kişini avtomobil vurub, sürücü qaçıb

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

1969-cu il təvəllüdlü Mahmudov Nazim Əlimövsüm oğlunu “VAZ 2106” markalı avtomobil vurub. Sürücü hadisə yerindən yayınıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *