Cəlilabadda 46 yaşlı qadını qohumları döyüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, 1974-cü il təvəllüdlü Turabova Gülbəniz Hacıbala qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralı qadına müvafiq tibbi yardım göstərilib. Məlumata görə, qadın qohumları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *