Qəbələdə avtomobilini ağaca çırpan sürücü xəsarət alıb

Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Zarağan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota Corolla” markalı, 10-CV-976 dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində adı-soyadı hələlik bilinməyən sürücü ağır bədən xəsarətləri alıb. O, dərhal Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə nəticəsində avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *