Abşeron Gənclər Şəhərciyində bina yanır – VİDEO

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Belə ki, Şəhərcikdə olan yaşayış binalarından birinin 6-cı mərtəbəsində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin üç yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *