Daha bir ölkə İranla uçuşları dayandırdı

İsveç Nəqliyyat Agentliyi təhlükəsizlik səbəbindən “İran Air” şirkətinə İsveçlə İran arasında birbaşa uçuşlar aparmasına icazə verilməsini dayandırıb.
Bu barədə qurumun saytında yazılıb:

“2020-ci il yanvarın 8-də Tehran aeroportunda ciddi insident baş verib. Vəziyyət ətrafında qeyri-müəyyənlik və təhlükəsizlik səbəbindən Nəqliyyat Agentliyi “İran Air” aviaşirkətinin uçuşlarına icazəni dayandırır. Bu o deməkdir ki, İran və İsveç arasında birbaşa uçuşlar müvəqqəti ləğv edilir”. //qafqazinfo.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *