Seçki qutusuna topa bülleten atan ADP sədrinin müavini imiş VİDEO

Sosial şəbəkələrdə yayılan videoda seçki qutusuna topa bülleten atan kişinin kimliyi məlum olub.

Qaynarinfo xəbər verir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 9-cu məntəqəsində seçki qutularının hər birinə bir neçə səsvermə bülleteni atan şəxs Azərbaycan Demokratik Partiyasının (ADP) ümumi işlər üzrə müavini Zakir Hüseynovdur.

Onun qanunsuz hərəkətləri seçki məntəqəsində quraşdırılımış veb-kameralara düşüb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Xatırlatmaq üçün bildirək ki, ADP-nin sədri Sərdar Cəlaloğludur.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *