Abşeronda ər-arvad dəm qazından boğulub

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fərdi yaşayış evində yaşayan bir ailənin iki üzvü – 1952-ci il təvəllüdlü Bəşirov Yusif Qovluq oğlu və onun həyat yoldaşı, 1955-ci il təvəllüdlü İsmayılova Sona İsmayıl qızı dəm qazından boğularaq ölüb.

Ölənlərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *