Tovuzda 67 yaşlı kişi dəm qazından ölüb

Tovuzda dəm qazından zəhərlənmə olub.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb. Kənd sakini, 67 yaşlı Hüseynov Oktay Qarakişi oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *