Moskvada azərbaycanlı faciəli şəkildə öldü

Azərbaycan vətəndaşı Rusiyada baş verən ağır yol-nəqliyyat hadisəsində ölüb.

Yanvarın 22-də işləmək üçün Moskvada müvəqqəti yaşayan, Azərbaycan vətəndaşı 1986-cı il təvəllüdlü Təbriz Məcidovu yolu keçmək istəyərkən onu maşın vurub.

Yaralı hadisə yerində ölüb. T.Məcidovun nəşi doğulduğu Ucar rayonuna gətirilir.