Koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilə bilər

Sabah Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla bağlı iclası keçiriləcək.

Median.Az-ın məlumatına görə, iclasda koronavirusun (2019-nCoV) Çində yayılaraq yeni tipli pnevmoniya törətməsilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edib-etməmək barədə qərar veriləcək.

“Komitə bu hadisənin beynəlxalq miqyaslı narahatlıq yaradan fövqəladə vəziyyət olub-olmaması ilə bağlı ÜST-nin baş direktoruna tövsiyə təqdim edəcək”, – məlumatda qeyd olunub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *