İranda koronavirusa yoluxmaqda şübhəli bilinən 2 çin vətəndaşı nəzarətə götürülüb

Təbrizdə koronavirusa yoluxmaqda şübhəli bilinən iki çin vətəndaşı karantinə alınıb.

APA-nın Tehran bürosunun məlumatına görə, koronavirusa yoluxmaqda şübhəli bilinən iki qadın çin vətəndaşı Təbrizdə Sina adına xəstəxanada karantinə alınıb.

36 və 37 yaşlı çinli qadınlar 5 gün öncə Azərbaycana səfər edib və ötən gün Astaradan İran ərazisinə keçərək Təbrizə gəliblər.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *