37 nəfərə ölüm hökmü oxundu: Son qərarı müftü verəcək

Misirin Cinayət məhkəməsi “Beyt Ənsar əl-Məkdis” terror qruplaşmasının 37 döyüşçüsünü 54 cinayətdə, o cümlədən Daxili İşlər nazirini öldürməyə cəhddə təqsirli hesab edərək ölüm hökmü verib.

Bu barədə “Gazeta” informasiya yayıb.

İş üzrə ümumilikdə 208 nəfər ittiham edilib, onlardan 37-sinə ölüm hökmü oxunub.

Misir qanunvericiliyinə əsasən məhkəmənin qərarına bundan sonra ölkə müftüsü Şauki Əlləm baxacaq. O, hökmün şəriətə uyğun olub-olmadığına qərar verəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *