Bakıda 37 yaşlı kişi dəm qazından boğulub

Bakıda ölüm hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Muradlı Elməddin Ədalət oğlunun meyiti yaşadığı ünvanda aşkarlanıb.

Meyitin ilkin müayinəsi zamanı E. Muradlının dəm qazında zəhərlənərək öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *