Göygöldə 44 yaşlı kişi döyüldü, sonra bıçaqlandı

Göygöldə yerli sakin mübahisə zəminində döyülüb.

“Report”un məlumatına görə, rayon sakini, 44 yaşlı Asif Abdıyevlə həmyerlisi arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə əlbəyağa dava ilə nəticələnib və ona müxtəlif bədən xəsarətləri yetirilib. Sonra onunla dalaşan kişinin oğlu da mübahisəyə qoşulub və bıçaqla A.Abdıyevin kürəyindən bıçaqlayıb. Xəsarət alan A.Abdıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *