Gəncədə gənc oğlan dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində qeydə alınıb.

Təxminən 13-14 yaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *