
Kürdəmir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücü – Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Qəza zamanı avtomobildə olan sərnişin – Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb.
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən X.Rəhimovanın vəziyyətinin ağır olduğu bildirilir.
Leave a Reply