Kürdəmirdə üçotaqlı ev yanıb – FOTO

Kürdəmir rayonunda ev yanıb.

Report xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.

Kənd sakini Məmmədov İntiqam Sərxan oğluna məxsus 150 kv metr birmərtəbəli 3 otaqdan və bir balkondan ibarət evin 1 otağı yanıb. Hadisə yerinə Kürdəmir rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *